İran yüksək elmi-texnoloji imkanlarını Azərbaycanın istifadəsinə verməyə hazırdır - Prezident
Yeniliklərdən dərhal xəbərdar olun
İran İslam Respublikası müxtəlif sahələrdə yüksək elmi-texnoloji potensiallara malik olan bir ölkə kimi öz imkanlarını dost ölkələrin istifadəsinə verməyə hazır olduğunu bildirir.
BAKU.WS xəbər verir ki, bu barədə İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisinin Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda bildirilir.
"Texniki, mühəndislik, abadlaşdırma və sənaye sahələrində geniş potensiala malik olan İran şirkətləri Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində həyata keçirilən layihələr çərçivəsində Azərbaycan şirkətləri ilə real və səmərəli əməkdaşlıq etməyə hazırdırlar", - deyə mətndə qeyd olunur.
Oxşar xəbərlər
İran prezidenti Azərbaycan prezidentinə təbrik məktubu ünvanladı
İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. BAKU.WS xəbər verir ki, təbrik məktubun...