İran xarici şirkətlərin peyvəndlərinin ölkə sakinləri üzərində test edilməsini qadağan etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Xarici şirkətlər artıq koronavirusa qarşı peyvəndlərini İran vətəndaşları üzərində test edə bilməyəcəklər.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani bildirib.
“Xarici şirkətlər İran xalqı üzərində test etmək üçün bizə peyvənd vermək istəyirdi. Ancaq ölkənin Səhiyyə Nazirliyi bunun qarşısını aldı. İnsanlarımız peyvənd istehsal edən şirkətlər üçün test cihazı olmayacaqlar”, - “Reuters” Ruhanidən sitat gətirib.
Agentlik prezidentin peyvəndləri qadağan olunan şirkətlərin adını çəkmədiyini də əlavə edib.
Xatırladaq ki, daha əvvəl İranın ali rəhbəri ayətullah Əli Xamenei ABŞ və Böyük Britaniya vaksinlərinin ölkəyə idxalına qadağa qoyulduğunu elan edib.
Oxşar xəbərlər
Ayətullah Xamenei: "Bu, acı hadisə qəlbimizi yandırdı"
İranın ali rəhbəri Ayətullah Seyid Əli Xameni 8 ildən sonra ilk dəfə paytaxt Tehranda cümə namazında şəxsən iştirak edib. BAKU.WS "Mehr" agentliyinə istinadən x...