İran Türk əsgəri ilə fəxr etdiyini yazan azərbaycanlı futbolçunu cəzalandırdı - FOTO
16
okt
2019
20:48
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Suriyada anti-terror əməliyyatına başlayan Türkiyə Odusuna dəstək verən Güney Azərbaycanın “Traxtur” futbol komandasının oynçusu Mehdi Bəbri və “Sanat Neft”də çıxış edən Sirvan Qurbani İran Futbol Federasiyası tərəfindən cəzalandırılıb. BAKU.WS xəbər verir ki, hər iki azərbaycanlı futbolçu yaşıl meydanlardan uzaqlaşdırılıb.Xatırladaq ki, Bəbri və Qurbani sosial media profillərində Türkiyə bayrağının şəklini paylaşaraq türk əsgəri ilə fəxr etdiklərini yazmışdılar. İran Futbol Federasiyası onları idmançıya yaraşmayan hərəkətdə ittiham edib.Ümumiyyətlə, İranda azərbaycanlı futbolçuların addımı birmənalı qarşılanmamışdı. Bəbri bir müddət sonra təzyiqlər üzündən paylaşımını silmişdi.
Qalereya
Oxşar xəbərlər
ABŞ-dan İranın kosmik şirkətlərinə SANKSİYA
ABŞ Dövlət Departamenti İranın kosmik araşdırmalarla məşğul olan 3 şirkətinə sanksiya tətbiq edib.BAKU.WS CNN Türk-ə istinadən xəbər verir ki, onlar İran Kosmon...