İran rəsmən açıqladı - koronavirusa yoluxanların sayı 60-ı keçdi
İranda yeni koronavirusa yoluxanların sayı indiyədək 60 nəfəri keçib. Bunu İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin müavini, doktor İrəc Hərirçi mətbuat konfransında deyib.
BAKU.WS Trend-ə istinadla xəbər verir ki, koronavirusa yoluxmaqda şübhəli bilinənlərin sayı 900 nəfərə çatıb.
Hərirçi əlavə edib ki, bu virus nəticəsində indiyədək 12 nəfər ölüb.
Nazir müavini bildirib ki, Qum şəhərində vəziyyət stabilləşib. Qumda koronavirusla əlaqədar iki xəstəxana fəaliyyət göstərir.
Hərirçi deyib ki, yeni koronavirus iranlı iş adamı vasitəsi ilə İrana gəlib. Belə ki, İran və Çin arasında uçuşlar dayandırıldığı vaxtda həmin şəxs başqa bir ölkə vasitəsi ilə Çinə gedib. Həmin iş adamı virus nəticəsində dünyasını dəyişib.
Oxşar xəbərlər
Koronavirus İranda sürətlə yayılır - Qonşu ölkədə ölü sayı artır - VİDEO
İranda yeni koronavirusdan (COVİD-19) ölənlərin sayı artıb. BAKU.WS xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin...