Diri Baba türbəsini 9 ayda 28 mindən çox turist ziyarət edib

Diri Baba türbəsini 9 ayda 28 mindən çox turist ziyarət edib
Foto
Sosial 47

Qobustandakı "Diri Baba" türbəsini bu ilin yanvar-sentyabr aylarında 28 215 turist ziyarət edib.

BAKU.WS-in məlumatına görə, bunu abidə kompleksinin direktoru Yusif Məmmədov açıqlayıb.

Onun sözlərinə görə, ziyarətçilərin 12 175-i xarici, 16 040-ı isə yerli turistlər olub. Türbəyə ABŞ, Yaponiya, Rusiya, Avropa ölkələri və Madaqaskardan da turistlər gəlib.

Hazırda ərazidə arxeoloji qazıntı, konservasiya və restavrasiya işləri aparılır.

Direktor bildirib ki, 2022-ci ildə aparılan qazıntılar zamanı XVI əsrdə yaşamış şeyxə aid olduğu müəyyən edilən skelet aşkarlanıb. Həmin məzarın üzərində də türbə və müvafiq infrastruktur yaradılması nəzərdə tutulur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA

Azərbaycanda əksər yerlərində yağıntılı hava şəraiti davam edir. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 7-si saat 9:00-...

26 Sosial 10:01 07 oktyabr 2026

Son xəbərlər