Ramiz Mehdiyevin xarici xüsusi xidmət orqanının əməkdaşı ilə telefon danışığının səs yazısı yayılıb
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin xarici xüsusi xidmət orqanının əməkdaşı ilə telefon danışığının səs yazısı yayılıb.
BAKU.WS xəbər verir ki, bu, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı videoməlumatda öz əksini tapıb.
Ramiz Mehdiyev xarici xüsusi xidmət orqanlarının əməkdaşı ilə danışan zaman Azərbaycanda dövlət idarəçiliyi sisteminin yenidən qurulması ilə bağlı təkliflərin olduğunu və bunun onlar üçün maraqlı olacağını deyib.
Həmçinin Prezident Administrasiyasının sabiq rəhbəri həmin təklifləri onlara elektron poçtla göndərəcəyini deyib.
Xarici xüsusi xidmət orqanının qadın əməkdaşı Ramiz Mehdiyevin təkliflərinə "bu, sizin öz işinizdir" deyə cavab verib.
Ramiz Mehdiyev təkidlə təkliflərini dostlarına (xarici xüsusi xidmət orqanlarının rəhbərlərinə - red) bir üsulla çatdırmaq lazım olduğunu qeyd edib.
Oxşar xəbərlər
XİN: Rusiyanın dövlət kanalında Azərbaycanın təhrif olunmuş xəritəsinin nümayiş etdirilməsi qəbuledilməzdir
Rusiyanın dövlət kanalı olan "1-ci" kanalın "Zaman göstərər" ("Vremya pokajet") verilişində mayın 6-da Azərbaycanın təhrif olunmuş xəritəsinin nümayiş etdirilmə...