Ramiz Mehdiyev Əli Həsənovu niyə “VURDU”? - "Yalnız uzun illər sonra..."
Yeniliklərdən dərhal xəbərdar olun
AMEA-nın prezidenti Ramiz Mehdiyev ittiham dolu növbəti məqaləsində Prezident Administrasiyasının keçmiş şöbə müdirlərindən biri haqqında sərt ittihamlar səsləndirib.
BAKU.WS xəbər verir ki, R.Mehdiyev adətinə uyğun olaraq bu dəfə də ad çəkməyib.
“Uzun müddət, istər sovet dövründə, istərsə də müstəqillik illərində Prezident Administrasiyasında məsul vəzifə tutan şöbə müdirlərindən biri xeyli vaxt öz həqiqi xislətini məharətlə gizlədə bilmişdi. Yalnız uzun illər sonra onun həqiqi əməlləri aşkara çıxdıqda, həmin şəxs dövlət başçısı tərəfindən tutduğu vəzifəsindən azad edildi. Bənzər nümunələr çox olub”, - deyə R.Mehdiyev vurğulayıb.
R.Mehdiyev ad çəkməsə də, sosial şəbəkələrdəki müzakirələrdə AMEA prezidentinin “Prezident Administrasiyasında məsul vəzifə tutan şöbə müdirlərindən biri” deyərkən Əli Həsənovu nəzərdə tutduğu vurğulanır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...