Ramil Usubov özbəkistanlı həmkarı ilə görüşüb

15
okt
2019
20:21
Oktyabrın 14-də Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubov ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudovla görüşüb.BAKU.WS xəbər verir ki, görüşdə dövlətlərimizin başçıları İlham Əliyevin və Şavkat Mirziyoyevin siyasi iradələrinə uyğun olaraq ölkələrimiz arasında strateji tərəfdaşlığın ən müxtəlif sahələr üzrə inkişaf etdiyi və əməkdaşlığın genişləndiyi qeyd edilib.Söhbət zamanı beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlığın yeni çağırış və təhdidlərinin artaraq qlobal xarakter aldığı, ekstremizmi, aqressiv separatizmi təbliğ edən radikal elementlərin vaxtında müəyyənləşdirilməsi və qanunsuz fəaliyyətlərinin qarşısının alınması istiqamətində hər iki dövlətin müvafiq orqanlarının əməkdaşlığının önəmi vurğulanıb.
Oxşar xəbərlər
İlham Əliyev Ərdoğanla görüşdü (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.BAKU.WS xəbər verir ki, s...
