Raket zərbəsi Azərbaycanın Xarkovdakı konsulluğunun binasına ziyan vurub - VİDEO
Ötən gün Azərbaycanın Xarkovdakı Fəxri konsulluğunun binasının yaxınlığına, 200 metr məsafədə qanadlı raket düşüb.
BAKU.WS xəbər verir ki, bunu ''Xəzər Xəbər''ə açıqlamasında Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov deyib.
O qeyd edib ki, nəticədə yaxınlıqdakı binaların, o cümlədən konsulluğun iki pəncərəsinin şüşələri sınıb.
Əfqan Salmanov vətəndaşlarımızın təxliyəsindən də danışıb. Fəxri konsulun sözlərinə görə, bu gün ərzində qatarlarla Xarkov şəhərindən Lvov istiqamətinə təxminən 500 vətəndaşımız təxliyə olunub.
Diplomat qeyd edib ki, Xarkov şəhəri də daxil olmaqla, Xarkov vilayətində 36 min Azərbaycan əsilli Ukrayna vətəndaşı yaşayıb. Vəziyyət gərginləşənə qədər Xarkovda 2800-ə qədər azərbaycanlı tələbə, həmçinin bu vilayətdə iş və digər məqsədlərlə müvəqqəti gəlmiş 50 min civarında Azərbaycan vətəndaşı olub: "Hazırda davam edən müharibə səbəbindən vətəndaşlarımızın təxliyəsi davam etdirilir".
Oxşar xəbərlər
Xarkovun ən təhlükəli bölgələrindən azərbaycanlılar Polşa sərhədinə evakuasiya edilib
Azərbaycan Respublikasının Ukraynanın Xarkov şəhərində fəxri konsulluğu ştat rejimində fəaliyyətini davam etdirir. Konsulluq əməkdaşları Xarkov vilayət ərazisin...