Qonşusu səs salır deyə evlərini basdı - İkisi uşaq olmaqla 5 nəfəri öldürdü - VİDEO

Qonşusu səs salır deyə evlərini basdı - İkisi uşaq olmaqla 5 nəfəri öldürdü - VİDEO
Video
Siyasət 2

Türkiyənin paytaxtı Ankarada yuxarı mərtəbədə yaşayan ailənin uşaqlarının səs-küyündən narahat olan kişi onların mənzilinə silahla basqın edib.

BAKU.WS sondakika.com-a istinadən xəbər verir ki, o, ov tüfəngi ilə atəş açaraq 2-si uşaq olmaqla 5 nəfəri öldürüb.

Hadisədən sonra şübhəli şəxs saxlanılıb.

Hadisə saat 23.45 radələrində Sincan rayonu Mustafa Kamal səmtindəki Papatya küçəsində baş verib. Tək yaşayan T.Ü. uşaqlarının səs-küy saldığı üçün bir müddət mübahisə etdiyi deyilən yuxarı mərtəbədəki qonşularının evinə gedib və yenidən səs-küydən şikayətlənib.

Tərəflər arasında yaranan mübahisədən sonra T.Ü evindən götürdüyü ov tüfəngi ilə ailəyə dəfələrlə atəş açaraq qətliam törədib. Qranullarla vurulan ailədən nənə B.T. (71 yaş), ata H.T. (41 yaş), ana S.T. (40 yaş) və uşaqları M.T. (13 yaş) və C.T. (11 yaş) qanlar içində yerdə qalıb.

Bina sakinlərin şikayəti ilə hadisə yerinə polis və təcili yardlm gəlib. Qətldə şübhəli bilinən şəxs silahı klə pilləkəndə oturarkən yaxalanıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər