Qonşu ölkədə COVID-19-la bağlı bütün məhdudiyyətlər aradan qaldırılır
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanda martın 28-dən etibarən ictimai nəqliyyat və qapalı məkanlarda qoruyucu maskadan istifadə istisna olmaqla, bütün məhdudiyyətlər aradan qaldırılacaq.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Dövlət Qurumlarıarası Koordinasiya Şurasının Operativ Qərargahının rəhbəri Giorgi Qibradze brifinqdə bildirib.
Onun sözlərinə görə, ictimai iaşə obyektlərinə, eləcə də idman, incəsənət və digər tədbirlərlə bağlı say məhdudiyyətləri ləğv ediləcək.
Qərargah rəhbəri qeyd edib ki, distant qaydada çalışanlar işə dönə biləcəklər və PCR test olmadan Gürcüstana qayıdan ölkə vətəndaşları özünütəcrid öhdəliyindən azad olunacaqlar.
Oxşar xəbərlər
Daha bir ölkə COVİD-19-la bağlı məhdudiyyətləri yumşaldır
İsrail martın 1-dən həm koronavirusa qarşı peyvənd olunmuş, həm də peyvənd olunmamış turistlərin yalnız iki PCR testi olmaq şərti ilə ölkəyə daxil olmasına icaz...