QMİ sədrinin Dağlıq Qarabağla bağlı müraciətinə Vatikandan cavab gəlib
Yeniliklərdən dərhal xəbərdar olun
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə 44 gün davam edən Vətən müharibəsində dünyanın dini liderlərinə, nüfuzlu beynəlxalq qurumların rəhbərlərinə müraciət edərək Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırmışdı.
BAKU.WS QMİ-yə istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Roma Papası Fransiskə göndərdiyi məktuba Vatikandan cavab gəlib. Vatikan Dövlətinin katibliyinin rəhbər əvəzi Edgar Pena Parranın imzası ilə daxil olan sənəddə deyilir:
“Zati-aliləri, Dağlıq Qarabağ bölgəsində yaranmış vəziyyətlə bağlı Roma Papası Fransisk həzrətlərinə göndərdiyiniz son məktuba görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Zati-müqəddəsləri Papa Fransisk Sizin məktubunuzu diqqətlə oxuyub, hadisələrin bütün Qafqaz xalqlarının rifahı naminə ədalətli və sülh yolu ilə həlli üçün dualar edir”.
Qalereya
Oxşar xəbərlər
QMİ 20 Yanvar faciəsinin ildönümü ilə bağlı videokonfrans keçirib - FOTO
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı videokonfrans keçirib. BAKU.WS xəbər verir ki, tədbirdən əvvəl Qurani-Kərimdən a...