Qırğızıstanın keçmiş prezidenti korrupsiya ittihamı ilə azadlıqdan məhrum edildi

Qırğızıstanın keçmiş prezidenti korrupsiya ittihamı ilə azadlıqdan məhrum edildi
Siyasət 74

2005-2010-cu illərdə Qırğızıstan prezidenti olmuş Kurmanbek Bakiyev Kumtor qızıl mədənində korrupsiya faktı ilə bağlı Bişkekin Pervomayski rayon məhkəməsi tərəfindən qiyabi olaraq 10 il müddətinə azadlıqdan məhrum edilib.

BAKU.WS-in xəbərinə görə, bu barədə TASS-a Qırğızıstan Ali Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

"Məhkəmənin qərarı ilə Kurmanbek Bakiyev cinayət törətməkdə təqsirli bilinib, o, əmlakı müsadirə olunmaqla və üç il müddətinə dövlət vəzifəsi tutma hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum edilib", - mətbuat xidmətinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, baxılan iş "Kumtor" mədənində korrupsiyaya aiddir, daha bir neçə keçmiş məmur, həmçinin eks-prezidentin kiçik oğlu Maksim Bakiyev də təqsirləndirilən şəxslər arasındadır.

Qeyd edəkək ki, Bakiyev 2010-cu ilin aprelində dövlət çevrilişi nəticəsində devrilib. O, təhlükəsizlik məqsədilə respublikanı tərk edib və hazırda Belarusda yaşayır. Bundan öncə o, qiyabi olaraq əmlakı müsadirə olunmaqla 30 il müddətinə azadlıqdan məhrum edilib. Bişkek Minskdən keçmiş dövlət başçısının ekstradisiyasını dəfələrlə tələb etsə də, hər dəfə rədd cavabı alıb.

Son xəbərlər