Qırğızıstanın yeni Baş naziri Prezidentin səlahiyyətlərinə icra edəcəyini açıqladı

Qırğızıstanın yeni Baş naziri Prezidentin səlahiyyətlərinə icra edəcəyini açıqladı
Siyasət 342

Qırğızıstanın Baş naziri Sadır Japarov Bişkekin Köhnə meydanında toplaşan aksiya iştirakçılarına müraciət edərək ölkə Prezidentinin səlahiyyətlərini təhvil aldığını elan edib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə “İzvestiya” nəşri yerli mənbələrə istinadən məlumat yayıb.

“Hörmətli mitinq iştirakçıları, sizi qələbəniz münasibəti ilə təbrik edirəm. Keçmiş prezident istefa verid, parlamentin spikeri Kanat İsaev isə onun vəzifələrini yerinə yetirmək istəmədi. İndi Prezidentin və Baş nazirin səlahiyyətlərini mən icra edirəm. Mənə etibar etdiyinizə görə sizə təşəkkür edirəm”, - S.Japarov meydanda yığışanların qarşısında çıxış edərkən söyləyib.

Son xəbərlər