Qırğızıstanda 40-dan çox uşaq naməlum səbəbdən zəhərləndi

Qırğızıstanda 40-dan çox uşaq naməlum səbəbdən zəhərləndi
Siyasət 41

Qırğızıstanın Oş vilayətində qırxdan çox uşaq naməlum maddədən zəhərlənib, onlardan 18-i xəstəxanaya yerləşdirilib.

BAKU.WS tass-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb:

“Oş vilayətinin Kara-Suu rayonunda 43 uşaq tibbi yardım üçün müraciət edib", - nazirliyin mərkəzi aparatının nümayəndəsi bildirib.

Onun sözlərinə görə, zərərçəkənlərə ilkin zəhərlənmə diaqnozu qoyulub. Həkimlər 18 nəfəri xəstəxanaya yerləşdirmək qərarına gəliblər.

Zəhərlənməyə nəyin səbəb olduğu hazırda mütəxəssislər tərəfindən müəyyən edilir.

Son xəbərlər