Qəzzadan İsrailə 150-yə yaxın raket atılıb
11
may
2021
09:12
Qəzza sektorundan İsrail ərazisinə 150-yə yaxın raket atılıb, onların çoxu “Dəmir Günbəz” raketdən müdafiə sistemi tərəfindən zərəsizləşdirilib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
İsrail hərbçiləri buna cavab olaraq “HƏMAS” hərəkatının obyektlərinə aviazərbələr endirib.
“Asharq Al-Awsat” nəşri bildirib ki, İsrailin aviazərbələri nəticəsində “HƏMAS”ın liderlərindən biri Məhəmməd Fayad Beyt-Hanun şəhərində ölüb.
Ümumilikdə isə 20 fələstinli həlak olub, 65 nəfər yaralanıb.
Oxşar xəbərlər
Aviqdor Liberman: “Beynəlxalq hüquq və İsrailin maraqları baxımından həqiqət Azərbaycanın tərəfindədir”
Dağlıq Qarabağda Ermənistanla Azərbaycan arasında ardıcıl üç gündür ki, şiddətli döyüşlər davam edir. Hərbi əməliyyatlar nəticəsində hər iki tərəfin hərbçiləri...