Qəzzada gedən döyüşlərdə daha 4 İsrail əsgəri həlak olub
18
dek
2023
09:27
Qəzza zolağında baş verən döyüşlərdə İsrail Müdafiə Qüvvələrinin daha 4 əsgəri həlak olub.
BAKU.WS-in xəbərinə görə, bu barədə "The Jerusalem Post" qəzeti məlumat yayıb.
Qəzza zolağında quru əməliyyatı başlayandan bəri HƏMAS-a qarşı döyüşlər zamanı həlak olan İsrail əsgərlərinin sayı 126-ya çatıb.
Eyni zamanda, ordunun mətbuat xidmətinin məlumatına görə, İsrail-Fələstin münaqişəsinin yeni kəskinləşməsi başlayandan bəri həlak olan İsrail əsgərlərinin sayı artıq 458-ə çatıb.
Oxşar xəbərlər
İsrail ordusu atəşkəsdən əvvəl Qəzzada HƏMAS-ın beş komandirini məhv edib
İsrail hərbçiləri Qəzza zolağında humanitar atəşkəs qüvvəyə minməzdən əvvəl gedən döyüşlər zamanı Fələstin anklavında hökmranlıq edən HƏMAS radikal təşkilatının...