Qərbi Azərbaycan Xronikası - Posyan: Əsas plan Qərbi Azərbaycan muxtar vilayətinin yaradılmasıdır

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
BAKU.WS xəbər verir ki, "Tirana zirvəsindən sonra Qərbi Azərbaycan məsələsi tələb şəklində səslənir" adlı süjetdə Qərbi Azərbaycana qayıdış məsələsinin beynəlxalq gündəliyə daxil edilməsindən bəhs olunur.
Bildirilir ki, bu il mayın 21-də Ankarada keçirilən "Qərbi Azərbaycana Qayıdış İnsan Hüquqlarının Aliliyinin mühüm şərti kimi" mövzusundakı beynəlxalq konfrans tarixi torpaqlarımıza dönmək istiqamətindəki önəmli addımlardan biridir. Burada əsas məqamlardan biri Qərbi Azərbaycana qayıdışın beynəlxalq müstəvidə müzakirəsinin təşkil edilməsi və dünyanın diqqətinin məhz bu məsələyə yönəldilməsidir. Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciətdə Qərbi Azərbaycan məsələsinin beynəlxalq gündəliyə daxil edildiyi, qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə Ermənistandakı dədə-baba torpaqlarına qayıdışının təmin edilməsinin regionda sülhün, insan hüquqlarının və barışığın bərqərar olması üçün vacib şərt olduğu vurğulanır.
Erməni politoloq Beniamin Matevosyan, deputat Lilit Qalstyan, "APRİ Ermənistan" Analitik Mərkəzinin baş elmi işçisi Beniamin Poqosyanın fikrincə, Azərbaycan sülh sazişi üçün rəsmi şəkildə iki şərt irəli sürür: "ATƏT-in Minsk qrupunun buraxılması və Ermənistan konstitusiyasının dəyişdirilməsi. Lakin digər tələbləri də var. Onlardan biri də azərbaycanlıların Ermənistana, yəni rəsmi Bakının dediyi kimi, Qərbi Azərbaycana qayıdışının təmin edilməsidir".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Oxşar xəbərlər
Arzu Əliyeva Bakıdakı "Gallery" rəsm qalereyasında olub
Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Bakıda yerləşən "Gallery" rəsm qalereyasında olub. BAKU.WS xəbər verir ki, A.Əliyeva bununla bağlı "Instagram" hesabı...
