Qərbi Azərbaycan Xronikası: Nəzərdən qoruyan naxışı necə və haradan asmaq lazımdır?

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
BAKU.WS xəbər verir ki, "Qərbi Azərbaycanda naxış və simvolların motivi türk inancına söykənir" adlı buraxılışda sənətşünaslıq üzrə fəlsəfə doktoru Türkan Abbaslı Qərbi Azərbaycanın mədəni irsindən söz açıb.
O bildirib ki, Qərbi Azərbaycanda naxış və simvolların motivi türk inancına söykənir. Oradakı artefaktlar onu yaradanların etnik kimliyini sübut edir. Qərbi Azərbaycanda şifahi və tətbiqi sənətdə türk mahiyyəti həmişə qorunub. Türk yaşadığı yerdə izini damğa ilə qoyub.
Onun sözlərinə görə, Qərbi Azərbaycan mədəniyyətinin erməniləşdirilməsi danılmaz faktdır: "Qərbi Azərbaycanda olan mədəni irs erməni mahiyyətindən uzaqdır. Donuz saxlayan erməni xalça toxuya bilməzdi".
T.Abbaslı Qərbi Azərbaycan incəsənətinin türk kimliyindən danışıb, xalçada, üzükdə hansı işarəyə görə onun sahibinin ilahi varlıq tərəfindən qorunmasına aydınlıq gətirib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Oxşar xəbərlər
Azərbaycanda "Araz – 2025" birgə təlimi keçirilir – VİDEO
Azərbaycanda keçirilən "Araz-2025" birgə təliminə İran İslam Respublikasından cəlb olunan heyətin rəhbəri və digər iştirakçılar ölkəmizə səfər edib. Bu barədə M...
