Bakıda yaşayış binasındakı yanğın nəticəsində 4 nəfər ölüb, 4 nəfər tüstüdən zəhərlənib - Cinayət işi başlanılıb

Bakıda yaşayış binasındakı yanğın nəticəsində 4 nəfər ölüb, 4 nəfər tüstüdən zəhərlənib - Cinayət işi başlanılıb
Video
Hadisə 382

Lökbatanda baş vermiş yanğınla bağlı cinayət işi başlanıb

BAKU.WS xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında 4 nəfərin ölümü ilə nəticələnən yanğınla əlaqədər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.2 (ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinə tapşırılıb.

Cinayət işi üzrə aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və müvafiq ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri ilkin istintaq hərəkətləri icra edilib.

İş üzrə tam, obyektiv və hərtərəfli istintaq aparılmaqla qanunamüvafiq qərarın qəbul olunması təmin olunacaqdır.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

***09:30

Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış kompleksi ərazisində yerləşən yaşayış binasında baş verən yanğın zamanı ölənlərdən üçü bir ailənin üzvü imiş.

Bu barədə Baku TV-yə hadisə şahidlərindən biri danışıb.

"İki körpə uşaq və anaları ölüb, cavan gəlindir. Bir də Yusif dayı, yaşlı kişidir, doqquzuncu mərtəbədə yaşayırdı. Öz yoldaşım da zəhərlənib. Əlaqə saxladım indi, yaxşıdır. Əvvəl elə bildik uşaqların bayramda istifadə etdikləri pirotexniki vasitədir", - sakin bildirib.

Daha ətraflı videomaterialda:

Son xəbərlər