"Əbülfəs Qarayevin qurdlarından mədəniyyətimizi təmizləyə bilmirik" - Video

Əbülfəs Qarayevin qurdlarından mədəniyyətimizi təmizləyə bilmirik - Video
Video
Siyasət 42

"Real TV"nin efirində rejissor və ssenari müəllifi Suad Qara olan "Məhsəti" filmində ədəbiyyat irsimizə hörmətsizlik nümayiş olunması ilə bağlı süjet təqdim edilib.

BAKU.WS xəbər verir ki, televiziyanın rəhbəri Mirşahin Ağayev bildirib ki, xəbər sadə şəkildə budur: Hansısa "Məhsəti" filmi Beynəlxalq Film Festivalının proqramından silinib:

"Amma xəbərin mürəkkəb şəklində ciddi mədəni, siyasi, ictimai, hətta kəşfiyyat xarakterli təhdidlər var. Birincisi, film nəinki Azərbaycanın, bütün Şərqin böyük şairi Məhsəti Gəncəvinin ismət və ləyaqətini hədəf alır. İkincisi, bu filmi Məhsətinin soydaşı, azərbaycanlı çəkib. Üçüncüsü, bu filmi Məhsətinin soydaşı, azərbaycanlı qadın çəkib. Dördüncüsü, filmi 16 il Azərbaycanın mədəniyyət naziri olmuş Əbülfəs Qarayevin qızı Suad Qara çəkib. Əbülfəs Qarayevin qurdlarından mədəniyyətimizi hələ ki, təmizləyə bilmirik. İndi üzə çıxır ki, başda da qoca qurd olub, Ramiz Mehdiyev".

Daha ətraflı videoda:

Son xəbərlər