İlham Əliyev Tailand kralını təbrik edib
Prezident İlham Əliyev Tailand kralı Maha Vajiralongkorn Phra Vajiraklaochaoyuhuanı təbrik edib.
BAKU.WS xəbər verir ki, təbrikdə deyilir:
"Əlahəzrət,
Tailand Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Bu gün Azərbaycan ilə Tailand arasında əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. İnanıram ki, xalqlarımızın rifahı naminə bu imkanlardan yararlanaraq dostluq əlaqələrimizin möhkəmlənməsi, səmərəli əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli müstəvilərdə genişlənməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Tailand Krallığının dost xalqına daim əmin-amanlıq və rifah diləyirəm".
Oxşar xəbərlər
Şamil Ayrım: Qərbi azərbaycanlıların qayıdışı sülhün əsas şərtlərindəndir
Qərbi azərbaycanlıların qayıdışı və onların mədəni abidələrinin bərpası sülhün əsas şərtlərindəndir. BAKU.WS report-a istinadən verir ki, bunu Türkiyə Böyük Mil...