Qərbi Azərbaycan Xronikası: Azərbaycan dövlətçiliyinin tarixi Urmu gölü ətrafından 4200 il əvvəldən başlayır

Qərbi Azərbaycan Xronikası: Azərbaycan dövlətçiliyinin tarixi Urmu gölü ətrafından 4200 il əvvəldən başlayır
Video
Siyasət 25

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "4000 il öncə olan qədim yazılarda türk adı "turuk" kimi qeyd olunub" adlı veriliş hazırlanıb.

BAKU.WS xəbər verir ki, verilişdə türkoloq, filologiya elmləri doktoru, professor Firudin Cəlilov türk və Azərbaycan millətinin tarixi və dövlətçiliyindən danışıb.

O bildirib ki, bizə monqoloid damğası yapışdırırlar: "Altay nəzəriyyəsi qondarmadır, türklər Altaydan gəlmə deyil. Bizim koreyalı, yapon, monqollarla qohumluğumuz yoxdur. Urmu nəzəriyyəsi türklərin Azərbaycanın ən qədim əhalisi olduğunu sübut edir. İlk Azərbaycan dövləti 4200 il bundan öncə qurulub. Azərbaycan dövlətçiliyinin tarixi Urmu gölü ətrafından 4200 il əvvəldən başlayır. İlk Azərbaycan dövlətində hakimiyyət varisliklə deyil, seçki ilə dəyişirdi".

Professor deyib ki, Qut dövləti türk törəsinin əsasında 4200 il öncə Urmiyə gölü ətrafında qurulub: "Qut hökmdarlarının adı onların etnik mənşəyini sübut edir. 4000 il öncə olan qədim yazılarda türk adı "turuk" kimi qeyd olunub. Dədə Qorqudda Dış oğuzlarla İç oğuzlar birləşdilər".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Son xəbərlər