Qərbi Avropanın məşhur şəhərində yüksək səslə azan oxunmasına icazə verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniyada müsəlmanların yaşadığı Kölndə müəyyən qaydalar çərçivəsində azan oxunmasına icazə verilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bununla bağlı şəhər meri Henrietta Reker açıqlama verib.
Vicdan azadlığına işarə edən Reker bildirib ki, müsəlmanlar şəhərin ayrılmaz bir hissəsidir:
"Şəhərimizdə kilsə zənglərinin yanında azanı eşitmək Kölndə müxtəlifliyə dəyər verildiyini göstərir".
Kölndə oxunacaq cümə namazı ilə bağlı bəzi qaydalar da müəyyən edilib. Belə ki, azanın müddəti 10 dəqiqəni keçməməli, səsi çox yüksək olmamalıdır.
Qeyd edək ki, Avropada Fransadan sonra ən çox müsəlman Almaniyada yaşayır. Ölkə müsəlmanlarının 76,4 faizi türk mənşəlidir. Bundan başqa, ölkədə İran, Bosniya və Albaniyadan köçən çoxsaylı müsəlman icmaları mövcuddur.
Oxşar xəbərlər
ABŞ-da “Türk evi”nin açılışı olub - FOTO
ABŞ-ın Nyu-York şəhərində “Türk evi”nin açılışı olub. BAKU.WS “Report”a istinadən xəbər verir ki, binanın açılışında Türkiyə Respublikasının prezidenti Rəcəb Ta...