Qənirə Paşayeva spiker olacaq? - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Yerli mətbuatda Milli Məclisin sədrinin Qənirə Paşayeva olacağı ilə bağlı məlumat yayılıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Q.Paşayeva yayılan məlumatlarla bağlı açıqlama verib.
O qeyd edib ki, həmin məlumatlar doğru deyil.
Xatırladaq ki, növbəti çağırış Milli Məclisin ilk iclasında parlament sədri seçilir. Milli Məclisin sədri deputatlar sırasından gizli (elektron sistemindən istifadə etməklə) səsvermə yolu ilə seçilir. Elektron sistemindən istifadə zamanı nasazlıq yarandıqda gizli səsvermə bülletenlər vasitəsilə keçirilir.
Milli Məclisin sədri vəzifəsinə namizədliyi deputatlar irəli sürə bilərlər. Hər deputat yalnız bir namizəd göstərə bilər. Öz namizədliyinə etiraz müzakirəsiz və səsvermə keçirilmədən qəbul edilir.
Səsverməyə azı 10 deputatın tərəfdar çıxdığı namizədlər buraxılır. Namizədlər çıxış edə və deputatların suallarına cavab verə bilərlər. Namizədlər üzrə müzakirələr keçirilir. Milli Məclisin sədrliyinə hər namizəd Hesablayıcı Komissiyanın tərkibinə əlavə bir deputat daxil edə bilər.
Gizli səsvermə nəticəsində azı 63 deputatın səsini almış namizəd Milli Məclisin sədri seçilir.
Oxşar xəbərlər
Parlamentdə davalar: “Səviyyən çatmır ki, burada dərs keçəsən” - VİDEO
Mərkəzi Seçki Komissiyası Milli Məclisə keçirilən növbədənkənar seçkilərin ilkin nəticələrini açıqlayıb. Əvvəlki çağırışlarda Milli Məclisdə təmsil olunan şəxsl...