Qazi: “Qarabağı görünən düşməndən təmizləmişik, görünməyəni hələ də qalır”
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağı görünən düşməndən təmizləmişik, ancaq görünməyən düşmən hələ də qalır”.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri, Qarabağ qazisi Rey Kərimoğlu “Minasız Azərbaycan naminə səylərimizi birləşdirək” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dövlət başçısının bütün çıxışlarında əsas məsələlərdən biri mina ilə bağlı olur: “Təklif edirəm ki, minalarla bağlı bir sıra QHT-lərin iştirakı ilə geniş toplantı keçirilsin. Bu işə hər birimizin töhfəsi ola bilər. Hesab edirəm ki, minalarla bağlı geniş maarifləndirmə işlərinin də aparılmasına ehtiyac var. Bizim başqa yolumuz yoxdur”.
Oxşar xəbərlər
Prezident və birinci xanım Zəngilanda “Ağıllı kənd”in açılışını etdilər
Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. BAKU.WS xəbər verir ki, Azərbaycan preziden...