Qardaşı ilə həyat yoldaşını şəhid verən qadın - VİDEO

Qardaşı ilə həyat yoldaşını şəhid verən qadın - VİDEO
Video
Siyasət 916

Biz bu qələbəni həm də oğullarını vətənə qurban verən ailələrə borcluyuq. Bu günlərdə hamımızı təsirləndirən bir görüntünün qəhrəmanı olan xanım cəbhədə həm qardaşını, həm də həyat yoldaşını itirib. Əməkdaşlarımız şəhid Adil İbrahimovun evində çəkiliş aparıblar.

BAKU.WS Xəzər TV-yə istinadla xəbər verir ki, tanrı sevdasını daşa yazıb bu qızın. Çox sevib, çox sevilib. 25 illik ömrünə də hər şey bol yazılıb. Əvvəl qardaşı Elton şəhid olub, sonra həyat yoldaşı Adil. O, Eltonun məzarına torpaq atıb, Adili çiyinində son mənzilə daşıyıb.

Hamımızı təsirləndirən həmin şəkildəki qadın indi yaşadıqlarını mikrofonumuza danışır, dizlərinə yapışan körpəsini bağrına basıb Adilin şəklinə yönəlir.

Bu ailənin hərb sevgisi 39 illik hərbçi Elman İbrahimovdan gəlir. Adil də, Elton da ona oxşamaq istədiyi üçün hərbçi olublar.

Adilin atası da Qarabağ qazisidir. 92-ci ildə müharibəyə könüllü gedib. Bu günə qədər də veteran vəsiqəsini götürməyib. Deyir, mən məğlub savaşın qalib əsgəri ola bilməzdim. Elə özü kimi də oğul böyüdüb. Çox sevdiyi atasının adını dayışan Adili belə yad eləyir.

Ruhun şad olsun, şəhid qardaşım. Səndən bizə qalanlar sənin sayəndə qalib olan Azərbaycana mirasdır. Məkanın cənnət olsun!

Son xəbərlər