Qarabağın erməniəsilli sakini: “Azərbaycanlılardan ancaq yaxşılıq görmüşəm”
Yeniliklərdən dərhal xəbərdar olun
“Doğulandan Əsgəranda yaşamışam. Azərbaycanlılardan ancaq yaxşılıq görmüşəm”.
BAKU.WS xəbər verir ki, bunu report-un Laçına ezam olunan əməkdaşına açıqlamasında Qarabağın erməniəsilli sakini Serjik Qriqoryan deyib.
O bildirib ki, Xankəndinə bir daha qayıtmaq istəmir:
“Yaşım 60-dan çoxdur. Əsgəranda doğulmuşam və orda da yaşayırdım. Azərbaycanlılarla çox işləmişəm. Traktorçu olaraq çalışırdım. Mən azərbaycanlıların ancaq yaxşılığını istəyirəm, onların mənə çox xeyri dəyib”.
S.Qriqoryan bildirib ki, “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçərkən ona heç bir maneə yaşadılmayıb:
“Burdan keçəndə heç bir problem yaratmadılar. Qayıtmaq fikrim yoxdur”.
Oxşar xəbərlər
Separatçılar Azərbaycanı tərk edirlər - VİDEO - YENİLƏNİB
Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib. BAKU.WS report-a istinadən x...