Qarabağın erməni sakinləri “Laçın” sərhəd-buraxılış məntəqəsindən maneəsiz keçirlər - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Xankəndi-Gorus istiqamətində Qarabağın erməni sakinlərinin “Laçın” sərhəd-buraxılış məntəqəsindən rahat istifadə etməsi ilə bağlı yeni görüntülər yayılıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, Qarabağın erməni sakinləri bu gün də qeyd olunan istiqamətdə sərhəd-buraxılış məntəqəsindən maneəsiz şəkildə Ermənistana keçiblər.
Qeyd edək ki, “Laçın” sərhəd-buraxılış məntəqəsindən erməni əsilli şəxslər heç bir maneə ilə üzləşmədən günün istənilən saatında istifadə edə bilirlər.
Onların nəzarət-buraxılış məntəqəsindən rahat keçidi üçün hər bir şərait yaradılıb.
Oxşar xəbərlər
Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri maneəsiz keçib - FOTO - YENİLƏNİB
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 4 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. BAKU.WS report-a istinad...