Qarabağdakı Birgə Monitorinq Mərkəzi ilə bağlı Rusiya XİN-dən AÇIQLAMA

Qarabağdakı Birgə Monitorinq Mərkəzi ilə bağlı Rusiya XİN-dən AÇIQLAMA
Siyasət 250

"Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət etmək üçün ortaq Rusiya-Türkiyə Mərkəzinin yaradılması qarşılıqlı məqbul həll yollarının əldə edilməsi üçün lazımi şərait yaradıb".

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bu gün yayımladığı 2020-ci il üçün Xarici Siyasət icmalında qeyd olunub.

Bildirilib ki, Dağlıq Qarabağda və ona bitişik bölgələrdə vəziyyət sabitləşib, bu isə bölgədəki -bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üçün fəaliyyətə başlamağa imkan yaradıb.

"Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət etmək üçün Ankara ilə ortaq Rusiya-Türkiyə Mərkəzinin yaradılması barədə razılıq, zorakılığa son qoyulması, Qafqazda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və dəstəklənməsi istiqamətində qarşılıqlı məqbul həll yollarına şərait yaradıb",- deyə sənəddə qeyd olunub.

Son xəbərlər