Qarabağda strateji əhəmiyyətə malik dəmiryolu xətti çəkilir - AÇIQLAMA

Qarabağda strateji əhəmiyyətə malik dəmiryolu xətti çəkilir - AÇIQLAMA
Siyasət 129

“Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xəttinin uzunluğu 100 kilometrdir. Dəmir yolu böyük strateji əhəmiyyətə malikdir”.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Füzuli Rayon İcra Hakimiyyətinin şöbə müdiri Bayram Niftəliyev bildirib.

Onun sözlərinə görə, sözügedən dəmir yolu xətti ilə işğaldan azad edilmiş ərazilərə vətəndaşların gediş-gəlişi təmin olunacaq;

“Eyni zamanda, bu dəmir yolu xətti ilə yüklər daşınacaq ki, bu da böyük əhəmiyyətə malik olacaq”.

Şöbə müdiri qeyd edib ki, gələcəkdə Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti Naxçıvana qədər gedəcək.

Son xəbərlər