Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - 200-dən çox vakansiya
Yeniliklərdən dərhal xəbərdar olun
Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə həmin rayonda növbəti əmək yarmarkası təşkil edəcək.
Bu barədə nazirlikdən məlumat verilib.
Qeyd olunub ki, yarmarka iyunun 6-da saat 10:30-dan 13:00-ə kimi Laçın şəhərində Seyrəngah adlanan ərazidə keçiriləcək.
Tədbirdə işsiz və işaxtaran şəxslərə 20-dən çox müəssisə tərəfindən müxtəlif istiqamətlər üzrə 200-dən çox vakansiya təqdim ediləcək.
Onlara Agentliyin icra etdiyi aktiv məşğulluq proqramları, layihələr barədə ətraflı məlumatlar da veriləcək.
Oxşar xəbərlər
Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - 2000 AZN maaş
Qarabağ üzrə Dövlət Məşğulluq Mərkəzlərində işsiz və işaxtaranlara təklif olunan müxtəlif məvacibli işlərin siyahısı vətəndaşlarda böyük maraq doğurur. Bu məqsə...