Qarabağda döyüşən erməni basketbolçunun cəsədi 6 aydan sonra tapıldı - FOTO
06
apr
2021
15:02
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İkinci Qarabağ Müharibəsində iştirak etmiş məşhur erməni basketbolçu Aram Mkrtçyanın cəsədi tapılıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Kavkazkiy uzel" saytı məlumat yayıb.
Məlumata görə, aprelin 3-də Azərbaycanın nəzarətində olan ərazilərdə iki nəfərin qalıqları aşkar olunub. Bununla da Qarabağda cəsədləri tapılan erməni hərbçilərin sayı 1.529-a çatıb.
Ermənistan Basketbol Federasiyası "Facebook" səhifəsində açıqlayıb ki, Aram Mkrtçyanın ailəsi və dostları onun qayıdacağını 6 ay gözləyib. Lakin basketbolçunun cəsədinin qalıqları tapılıb.
Oxşar xəbərlər
Şuşada tapılan “İsgəndər-M”in qalıqları DÜNYA MEDİASINDA - FOTO
Vətən müharibəsi dövründə Ermənistanın böyük dağıdıcı gücə malik “İsgəndər” raketindən istifadə etməsi ilə bağlı yayılan məlumatlar, bu raketin qalıqlarının mar...