Qarabağda 9 kənd və qəsəbədə yaşayış məntəqələrinin salınmasına başlanılır
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Füzuli rayonunun Dədəli (1) və Pirəhmədli (2), Kəlbəcər rayonunun Zallar (3) və Yanşaq (4), Xocavənd rayonunun Tuğ (5) və Hadrut (6), Cəbrayıl rayonunun Xudafərin (7), Kəlbəcər rayonunun Zar (8) və Laçın rayonunun Şəlvə (9) kənd və qəsəbələrində yaşayış məntəqələrinin salınmasının əsaslandırılması işləri ilə bağlı elan etdiyi 9 açıq tenderə yekun vurub.
BAKU.WS dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi “BİMD” QSC (1-4-cü tenderlər), "REM Mimarlık Dekorasyon Restorasyon Proje ve Taahhüt Hizmetleri Limited" şirkətinin yerli filialı (5-6-cı tenderlər), “Bureau Mühit” MMC (7-9-cu tenderlər)-dir.
Qalib şirkətlərə müvafiq olaraq 1,53 milyon manat, 4,366 milyon manat və 848 min manat, ümumilikdə isə 6,744 milyon manat ödəniləcək.
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...