Qarabağda 10 mindən çox döyüş sursatı tapılıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Fövqəladə Hallar Nazirliyinin minaaxtaranları Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi əməliyyatı zamanı 10 mindən çox döyüş sursatı aşkarlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.
Bildirilib ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin “Lider” dəstəsinin mütəxəssisləri Dağlıq Qarabağda pirotexnika axtarışları davam etdirirlər. Bu günə qədər təxminən 53 hektar ərazidə axtarış aparılıb, 10 mindən çox partlayıcı qurğu aşkar olunub.
Sursatlar arasında 4,7 mindən çox mərmi, 416 müxtəlif minaatan mərmisi, top mərmiləri üçün 378 partladıcı, “Qrad” çoxsaylı raket sistemlərinin raketlərinin 260 parçası, həmçinin 3,2 mindən çox patron, 540 qumbara və beş “Malyutka” və “Faqot” tipli tank əleyhinə idarəolunan raketlər müəyyən edilib.
Tapılan sursatlar zərərsizləşdirilməsi üçün Humanitar Minalardan Təmizləmə Mərkəzinə daşınıb. Hazırda əməliyyatlar davam etdirilir.
Oxşar xəbərlər
“Ruhlar şəhərində” ölümə bir addım - REPORTAJ - VİDEO
Səfər edəcəyimiz yer 30 ildən sonra mənfur düşmən Ermənistan tərəfindən işğaldan azad edilən Ağdam rayonu idi. “Həyəcanlı deyildim” desəm, yalan olardı. Çünki b...