Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə həsr olunmuş sənədli film hazırlanır
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyi Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə həsr olunmuş sənədli film layihəsinin icrasına başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, layihənin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə - Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işlərini, eləcə də bu torpaqlara "Böyük Qayıdış"ı əks etdirən sənədli film istehsal etməkdir.
Filmdə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər, onun nəticəsində başlanan genişmiqyaslı yenidənqurma işləri və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı yaradıcı şəkildə təqdim olunacaq. Eyni zamanda, ekran əsərində Vətən müharibəsinin beşinci ildönümündə Azərbaycan xalqının keçirdiyi qürur və sevinc hissləri də əks olunacaq.
Layihə çərçivəsində indiyədək Ağdam, Xocalı, Şuşa və Xankəndi şəhərlərində çəkilişlər aparılıb. Yaxın günlərdə Cəbrayıl, Füzuli, Laçın, Kəlbəcər və Zəngilan rayonlarında da çəkilişlərin həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üçün elan etdiyi orta qrant müsabiqəsinin qalibi olub.
Oxşar xəbərlər
İlham Əliyevin xarici siyasət strategiyası, Azərbaycanın artan beynəlxalq çəkisi və Vaşinqtondan gələn dəvətin arxasında dayanan geosiyasi reallıqlar
Beynəlxalq siyasətdə bəzən bir dəvət diplomatik protokoldan daha böyük məna daşıyır. Çünki qlobal güc mərkəzlərinin kimlərlə eyni masa arxasında əyləşmək istəmə...