Qarabağda yaralanan daha bir erməni əsgəri Yerevana aparıldı

Qarabağda yaralanan daha bir erməni əsgəri Yerevana aparıldı
Siyasət 693
 

İyunun 17-də Qarabağda başından güllə yarası almış 1997-ci il təvəllüdlü erməni əsgəri Yuri Zakaryan bu gün Xankəndindən Yerevanın Mərkəzi Kliniki hərbi hospitalına köçürülüb.

BAKU.WS Virtualaz.org-a istinadən bildirir ki, bu barədə jurnalistlərlə görüşü zamanı hospitalın reanimasiya şöbəsinin rəhbəri Qayane Hovannisyan deyib.

O, erməni əsgərin vəziyyətinin son dərəcə ciddi olduğunu, süni tənəffüs aparatına qoşulduğunu bildirib.

Xatırladaq ki, 16-17 iyunda Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Dağlıq Qarabağ ərazisindəki təmas xəttində törətdikləri təxribatların qarşısı alınarkən 6 erməni hərbi qulluqçusu öldürülmüşdü.

BAKU.WS

Oxşar xəbərlər

Dağlıq Qarabağda daha bir erməni əsgəri ölüb

Dağlıq Qarabağda daha bir erməni əsgəri ölüb

Dağlıq Qarabağda daha bir erməni əsgər ölüb. APA-nın "news.am” saytına istinadən verdiyi məlumata görə, ölən şəxs 1997-ci il təvəllüdlü Qor Qareqinyandır. Erm...

1664 Siyasət 16:20 06 fevral 2017

Son xəbərlər