Qarabağda erməni əsgəri ölüb
04
avq
2016
15:39
Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağda daha bir erməni əsgəri ölüb.
BAKU.WS xəbər verir ki, hadisə avqustun 4-də, saat 9.30-da işğalçı erməni ordusunun Dağlıq Qarabağda, cəbhənin şimal istiqamətində yerləşən hərbi hissələrinin birində baş verib. 1997-ci il təvəllüdlü əsgər Vahan Mikaelyan ölümcül güllə yarası alıb. Hadisənin hansı şəraitdə baş verdiyi aydın deyil. Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Qarabağda erməni əsgəri yaralandı
Cəbhə xəttində atışma nəticəsində 1997-ci il təvəllüdlü erməni hərbçi Hovanes Qasparyan güllə yarası alıb. BAKU.WS Virtualaz.org-a istinadən xəbər verir ki, bu...