Qambiyanın İƏT rəsmisi: “Erməni vəhşiliyini qınayırıq”

“Gördüklərimiz mənzərə həqiqətən dəhşətlidir. Bizlər kifayyət qədər böyük dağıntıların şahidi oluruq. Bizlər bir daha Ermənistan hakimiyyətinin Azərbaycana qarşı, Azərbaycan xalqına qarşı törətdiyi vəşiliyin şahidi oluruq. Biz dünya ictimaiyyəti olaraq bu vəşiliyi qınayırıq".
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, bu fikirləri İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gəncə şəhərinə səfəri çərçivəsində Qambiya respublikası üzrə təmsilçisi Əbubakar Ja bildirib. Diplomat qeyd edib ki, erməni təcavüzü nəticəsində Azərbaycan xalqının günahsız vətəndaşlarının, mülki şəxslərinin öldürülməsini pisləyirik.
“Burada yaşayan insanların heç bir günahı olmayıb. Mülki şəxslərə qarşı atılan addım çox ağır bir terrorun nümunəsidir. Bu səfərimizlə biz həm də Azərbaycana həmrəylik göstərmək istəyirik”, - deyə diplomat qeyd edib.
Oxşar xəbərlər
İƏT nümayəndə heyəti Gəncədə raketlə vurulan ərazilərə baxıb - FOTO
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin ölkəmizə səfəri baş...
