Qalmaqallı səfir Tehranı tərk etdi

Qalmaqallı səfir Tehranı tərk etdi
Siyasət 352

Bir neçə gündür İngiltərə ilə İran arasında diplomatik gərginliyə səbəb olan İngiltərənin Tehrandakı səfiri Robert Makeyr paytaxtı tərk edib.

BAKU.WS “Təsnim”ə istinadən xəbər verir ki, Ukrayna təyyarəsində ölənlər üçün təşkil edilən anım mərasimində gərginlik yaratdığı səbəbində saxlanılan, sonra sərbəst buraxılan səfirin Tehranı tərk etdiyi bildirilir.

Onun İranı tərk edib-etmədiyi isə bilinmir.

Qeyd edək ki, İran Robert Makeyrin qanunsuz nümayişlərə qatılması səbəbindən İngiltərəyə nota vermişdi. İran Prezidenti Həsən Ruhani isə səfirin ölkədən ayrılmasını tələb etmişdi.

Son xəbərlər