Qadın 10 il əvvəl vəfat edən ərindən MƏKTUB ALDI - VİDEO

Türkiyədə qəribə hadisə yaşanıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Menekşe Doğanay adlı qadın 10 il əvvəl vəfat edən həyat yoldaşı Mustafa Doğanaydan məktub alıb.
Məktub Menekşeyə "Türkiyə Cumhuriyyətinin 100-cü ildönümünə məktub kampaniyası" çərçivəsində çatdırılıb.
Məktubun içində həm qadının, həm də ərinin ona yazdığı məktub olub. Vəfat edən ərindən məktub alan qadın göz yaşlarını saxlaya bilməyib.
"Bu an bu məktubu almaq mənə sürpriz oldu. Bu məktubun içində onun da mənə yazdığı məktub olduğunu bilmirdim. Həyat yoldaşımı 10 il əvvəl itirdim. O vaxt kiçik qızm 16 aylıq idi. Bu məktub qızlarım və mənim üçün çox dəyərlidir" - deyə, Menekşe qeyd edib.
Ətraflı videoda:
Oxşar xəbərlər
Türkiyədə silahlı insident: Müğənnini hədəf aldılar - FOTO
Türkiyənin Avcılar rayonunda bir məkanda səhnəyə çıxan gənc müğənni Erkan Doğanay silahlı hücuma məruz qalıb. BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki,...
