Putindən qeyri-adi qərar: NATO-nun hava məkanına daxil olmadı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya prezidenti Vladimir Putini G20 samitinin keçirildiyi Hamburq şəhərinə aparmış təyyarə NATO üzvü olan ölkələrin hava məkanına daxil olmamaq xatirinə 500 kilometr əlavə yol qət edib.
Virtualaz.org "Reuters”ə istinadən xəbər verir ki, prezidentin hansı səbəbdən belə qərar verməsi dəqiqləşdirilmir.
RA-96022 nömrəsi altında qeydiyyatdan keçmiş "İL” təyyarəsi Baltik dənizinin üzərindən Finlandiya və İsveçin hava məkanlarını keçməklə, Danimarkaya, oradan isə Almaniyaya daxil olub. Mənbə bildirir ki. əvvəllər Putin Şərqi Avropa ölkələrinin hava məkanından istifadə edirdi.
BAKU.WS
Oxşar xəbərlər
Rusiyanın yük maşınları Ermənistana hərbi texnika daşıyır (VİDEO)
Gürcüstanın müxalif "Vahid Milli Hərəkat” partiyasının nümayəndələri ötən gün martın 22-də jurnalistlərə bildiriblər ki, Bolnisi regionunda Ermənistana hərbi te...