Putindən Dağlıq Qarabağ razılaşması ilə bağlı AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Dağlıq Qarabağla bağlı əldə olunan razılaşmalara əməl olunur, regionda vəziyyət stabilləşir.
BAKU.WS Trend-ə istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və CAR) ölkələrinin sammitində deyib.
O bildirib ki, sentyabr ayında kəskinləşmiş Dağlıq Qarabağ münaqişəsinin dayandırılması üçün Rusiya ciddi səylər göstərdi:
“Bizim vasitəçiliyimiz nəticəsində noyabrın 10-da atəşin dayandırılması və Dağlıq Qarabağda rusiyalı sülhməramlıların yerləşdirilməsi barədə razılaşmalar əldə olundu”.
Prezident əlavə edib ki, əldə olunan razılaşmalara əməl olunur:
“Döyüş əməliyyatları tamamilə dayandırılıb, vəziyyət stabilləşir. Beləliklə, münaqişənin ədalətli əsasda, həm Azərbaycan, həm də erməni xalqının maraqları çərçivəsində uzunmüddətli və tamformatlı tənzimlənməsi üçün şərait yaradılıb”.
Oxşar xəbərlər
İlham Əliyev BBC telekanalına müsahibə verib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniyanın BBC telekanalına müsahibə verib. BAKU.WS AZƏRTAC-a istinadən müsahibəni təqdim edir. - Pre...