Putin Zelenski ilə birbaşa danışıqdan imtina etdi
04
mar
2022
18:01
Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Volodimir Zelenski ilə birbaşa danışıqdan imtina edib.
BAKU.WS “Meduza”ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov məlumat yayıb.
O həmçinin bildirib ki, Moskva Kiyevin iddia etdiyi kimi, Ukraynanın denasifikasiyası tələblərindən imtina etmir.
Həmçinin Volodimir Zelenski daha əvvəl Ukraynada genişmiqyaslı hərbi əməliyyatlara başlayan Vladimir Putinlə danışıqlar masasına oturmağa hazır olduğunu deyib.
Oxşar xəbərlər
Zelenski Rusiya ilə danışıqlar üçün ilkin şərti açıqladı
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqlar üçün ilkin şərti açıqlayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Zelenski bildirib ki, Moskva...