Putin Ukraynaya müharibə elan etdi
Rusiya Prezidenti Vladimir Putin ölkə əhalisinə yenidən müraciət edib.
BAKU.WS “Report” xəbər verir ki, Putin müraciətində Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb.
Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir: “Ukraynadakı vəziyyətə kənardan müdaxilə olarsa, Rusiya dərhal cavab verəcək. Əminəm ki, rus hərbçiləri öz vəzifələrini peşəkarcasına və cəsarətlə yerinə yetirəcəklər”.
Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb.
Vladimir Putin həmçinin əlavə edib ki, Rusiya planetin ən güclü nüvə dövlətlərindən biri olaraq qalır, ona görə də heç bir potensial təcavüzkar onun tamamilə məğlub olacağına şübhə etməməlidir:
“Hərbi sahəyə gəlincə, müasir Rusiya SSRİ-nin dağılmasından və nüvə potensialının əhəmiyyətli bir hissəsini itirdikdən sonra belə, bu gün ən güclü nüvə dövlətlərindən biridir. Üstəlik, o, bir sıra ən son silah növlərində müəyyən üstünlüklərə malikdir. Bu baxımdan, Rusiyaya birbaşa hücumun potensial təcavüzkar üçün məğlubiyyətə və dəhşətli nəticələrə səbəb olacağına heç kim şübhə etməməlidir".
Oxşar xəbərlər
Rusiya Ukraynadakı diplomatlarını təxliyə edir
"Rusiya Ukraynadakı səfirlik və baş konsulluqların əməkdaşlarını tezliklə təxliyə edəcək". BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İ...