Putin Suriyanın xəritəsini dəyişdirdi (FOTO)

Putin Suriyanın xəritəsini dəyişdirdi (FOTO)
Siyasət 1858

 

Rusiya bombardımançıları İdlib, Hələb, Xama və Xüms kimi şəhərlərə zərbələr endirib. Əsəd rejiminə bağlı qüvvələr də rus bombardımançıları zərbələr endirdiyi yerlərə əməliyyatlar həyata keçirir. 

BAKU.WS-in məlumatına görə, Rusiyanın 10 gündür davam edən raket zərbələri müxaliflərin geri çəkilməsinə səbəb olub. Rusiya qırıcıları 30 sentyabrdan bu yana Lazkiyenin şimalındakı Türkməndağından Xamanın şimalına və Hələbə qədər uzanan 400 kilometrlik xətti bombalayır.

Rusiyanın havadan dəstəyi və Əsəd rejiminin hərbi qüvvələrinin quru əməliyyatı nəticəsində artıq 6 böyük rayon ələ keçirilib. Müxalif qüvvələr arasında əlaqələri də kəsən Rusiya qırıcıları bölgədə nəzarəti ələ almağa başlayıb.

Bu vəziyyət isə İŞİD-in işinə yarayıb. Surayadakı müxalif qüvvələr zəiflədiyi üçün terrorçulara qarşı döyüşlərdə geri çəkilməyə məcbur qalıb. İŞİD dəstələri vəziyətdən istifadə edərək Tel krah, Tel Sevsin, Kafr Tune, Kafr Karis kəndlərində nəzarəti öz əlinə keçirib. 

BAKU.WS 

Oxşar xəbərlər

Son xəbərlər