Putin İsrail baş nazirindən üzr istədi
İsrailin baş naziri Naftali Bennet və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb. Tərəflər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mayın 1-də İtaliyanın “Rete-4” telekanalının efirində səsləndirdiyi bəyanatları müzakirə ediblər.
Bəyanatda deyilir ki, Bennet və Putin telefon danışığı zamanı “Rusiya xarici işlər naziri Lavrovun bəyanatlarını müzakirə ediblər”. “Baş nazir Lavrovun sözlərinə görə prezident Putinin üzrxahlığını qəbul edib və prezidentin yəhudi xalqına və Holokostun xatirəsinə münasibətinə aydınlıq gətirdiyinə görə ona təşəkkür edib”,-deyə bildirilib.
Oxşar xəbərlər
Türkiyə-İsrail: Ərdoğanla Hersoqun verdiyi mesajlar, Azərbaycanın qazancı – TƏHLİL
Martın 9-da İsrail Prezidenti İshaq Hersoq Ankaraya səfərə gələrək türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüş keçirdi. Hersoqun səfəri iki ölkə arasında 10...