Bu ölkənin baş naziri qızının koronavirusa yoluxması səbəbindən özünü təcrid etdi
26
dek
2021
20:37
İsrailin Baş naziri Naftali Bennet qızının koronavirus testinin müsbət çıxmasından sonra özünü təcrid edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Baş nazirin mətbuat katibi Anna Yonatan-Leus "RİA Novosti"yə bildirib.
"Hökumətin iclası zamanı qızının koronavirus testinin müsbət çıxdığını öyrənən Baş nazir dərhal iclası tərk edib", - Yonatan-Leus vurğulayıb.
Hazırda hökumətin iclasına ədliyyə naziri Gideon Saar sədrlik edir.
Bennet PCR testindən keçəcək və qızı ilə birlikdə özünü təcrid edəcək.
Oxşar xəbərlər
Paşinyan arvadını iclasdan çıxaran generalı işdən qovdurubmuş
Ermənistan silahlı qüvvələri Baş Qərargahının sabiq rəisi, İkinci Qarabağ müharibəsi dövründə düşmən ölkənin Müdafiə Nazirliyinin baş hərbi müfəttişi olan gener...