Putin: "Rusiya ilə NATO arasında qarşıdurma mümkündür"

Putin: Rusiya ilə NATO arasında qarşıdurma mümkündür
Siyasət 55

Rusiya prezidenti Vladimir Putin ölkəsi ilə NATO arasında qarşıdurmanın mümkün olduğunu bildirib.

Bu barədə o, prezident seçkiləri başa çatdıqdan sonra qərargahda vətəndaşlara müraciəti zamanı danışıb.

Putin qeyd edib ki, hazırki münaqişə Üçüncü Dünya müharibəsinə gətirib çıxara bilər:

"Biz sülh danışıqlarının tərəfdarıyıq. Lakin ona görə deyil ki, düşmənin döyüş sursatı tükənib. Əgər onlar həqiqətən ciddidirlərsə və uzunmüddətli perspektivdə sülh əldə etmək istəyirlərsə, bu danışıqlara hazırıq. Silahları yenidən yığmaq üçün 1,5-2 illik fasiləyə deyil.

Müasir dünyada hər şey mümkündür. Bu münaqişə tam miqyaslı Üçüncü Dünya Müharibəsinin bir addımlıqda olmasına gətirib çıxaracaq. Amma heç kim bunu düşünmür".

Qeyd edək ki, ABŞ-də yerləşən Prinston Universiteti NATO ilə Rusiya arasında mümkün nüvə müharibəsi ssenarisini irəli sürüb. Bir neçə dəqiqə ərzində milyonlarla insanın öldüyü səhnəni düşünmək olduqca qorxuludur. Nüvə raketlərinin bir-birinə qarşı istifadə edildiyi müharibə ilk 45 dəqiqədə 45 milyon insanın ölümü proqnozlaşdırılıb.

ABŞ-ın istefada olan generalı Ben Hodges bildirib ki, ölkəsi və NATO soyuq müharibədən sonra belə bir ssenariyə hazırlaşır. Hodgesin sözlərinə görə, ABŞ Polşa-Almaniya sərhədindən Rusiyaya ilk nüvə raketini atacaq.

Son xəbərlər