Putin prezidentlik müddəti başa çatdıqdan sonra bu vəzifəni tutacaq
2024-cü ildə prezidentlik müddəti başa çatdıqdan sonra Vladimir Putin "Vahid Rusiya" partiyasına rəhbərlik edə bilər.
BAKU.WS-in məlumatına görə, bu barədə "Kommersant" qəzeti Rusiya Dövlət Başçısının Administrasiyasına yaxın mənbəyə istinadən yazıb.
Nəşrin yazdığına görə, partiyanın hökumət üzərində nəzarəti olacaq: "Buna görə yeni prezident bununla hesablaşmalı olacaq".
Bundan əlavə, V. Putin Təhlükəsizlik Şurasına və ya Dövlət Şurasına gedə bilər. Bu, bu orqanların səlahiyyətlərinin necə dəyişəcəyindən asılı olacaq.
Hazırda "Vahid Rusiya" partiyasına Dmitri Medvedev rəhbərlik edir.
Oxşar xəbərlər
Putin Medvedevə yeni vəzifə təklif edib
Rusiya Prezidenti Vladimir Putin ölkənin keşmiş baş naziri Dmitri Medvedevə yeni vəzifə veriləcək. BAKU.WS-in məlumatına görə, Putin Medvedevə yeni təsis olunan...